Logo
Munich Personal RePEc Archive

Azərbaycan Mərkəzi Bankının inflyasiya hədəfi: Baza yoxsa manşet inflyasiya?

Rahmanov, Ramiz and Adigozalov, Shaig and Huseynov, Salman (2013): Azərbaycan Mərkəzi Bankının inflyasiya hədəfi: Baza yoxsa manşet inflyasiya?

[thumbnail of MPRA_paper_69825.pdf]
Preview
PDF
MPRA_paper_69825.pdf

Download (245kB) | Preview

Abstract

Qarşısına inflyasiya hədəflənməsi (İH) rejiminə keçid məqsədi qoyan mərkəzi banklar həm də müvafiq qiymət indeksinin seçilməsi ilə bağlı qərar verməlidirlər. Bu qərar verilərkən bir sıra meyarlar nəzərə alınır, mövcud qiymət indeksləri arasında "fayda-itki" analizləri aparılır, hər birinin müqayisəli üstünlükləri aşkara çıxarılır. Bu məqalədə orta müddətli dövrdə İH rejiminə keçid etmək niyyətini açıqlayan AMB-nin siyasət hədəfi olaraq manşet yoxsa baza göstəricisini götürməsi məsələsi tədqiq edilir. Mövcud baza inflyasiya ilə yanaşı Bayez Dinamik Faktor modelindən istifadə etməklə yeni baza inflyasiya göstəricisi hesablanır, müxtəlif statistik testlər əsasında göstəricilərin adekvatlığı yoxlanılır. Qiymətləndirmələr göstərir ki, yeni baza inflyasiya göstəricisi inflyasiyanın uzun müddətli trend göstəricisi kimi qəbul oluna bilər. Mövcud göstərici isə qısa müddətli dövrdə tələb olunan statistik meyarları ödəyir. Nəticə olaraq qeyd olunur ki, qərarvermə prosesində AMB, trend göstəricisi kimi yeni baza inflyasiya göstəricisini əhəmiyyətli məlumat yükünə malik göstərici kimi nəzərə ala bilər. Bununla yanaşı hesab edirik ki, verilən pul siyasəti qərarlarının ictimaiyyət tərəfindən rahat anlaşılması üçün manşet inflyasiya göstəricisinin hədəf kimi götürülməsi məqsədəuyğun olardı.

The central banks which aim to shift to inflation targeting framework have to make a decision regarding the price index they will target. However, before making the final decision, several criterias must be taken into consideration, “cost-benefit” analysis of existing price indices must be made and comparative advantages of each index must be revealed. The article discusses whether the Central Bank of the Republic of Azerbaijan plans to the medium run should target headline inflation or core inflation. Along with existing core inflation, using the Bayesian Dynamic Factor model, the new core inflation is calculated and furthermore, several statistical tests are applied to test adequacy of the new core inflation measure. The estimations show that the new core inflation can be used as an indicator of the long run trend of inflation, whereas the existing core inflation is a good indicator in the short run. The article concludes that in a decision making process, the Central Bank should use the new core inflation measure as a trend indicator since it contains much more information than the existing one. However, to make monetary policy decisions comprehensible to the public, it is recommended to target headline inflation

Atom RSS 1.0 RSS 2.0

Contact us: mpra@ub.uni-muenchen.de

This repository has been built using EPrints software.

MPRA is a RePEc service hosted by Logo of the University Library LMU Munich.