Mammadov, Fuad (2012): Turizmin dinamikası və determinantları: Azərbaycan və dünya təcrübəsi.
Preview |
PDF
MPRA_paper_77444.pdf Download (1MB) | Preview |
Abstract
Aparılan tədqiqatın məqsədi Azərbaycan turizm sektoruna təsir edən daxili və xarici amillərin aşkar və təhlil edilməsindən ibarətdir. Tədqiqat işində turizm sektorunun dünyadaki son tendensiyaları tədqiq edilmiş, daha sonra Azərbaycanda turizm sektorunun mövcud vəziyyəti və makroiqtisadi göstəricilərin təsiri təhlil edilmişdir. Modelləşdirmə baxımından isə Azərbaycanda beynəlxalq turizm bazarı geniş təhlil edilmiş və beynəlxalq turizmə olan tələb funksiyası ekonometrik qiymətləndirilmişdir. Qiymətləndirmə zamanı Balanslaşdırılmış Panel Göstərici Üsulundan istifadə edilmişdir. Qiymətləndirmələrdən əldə edilən nəticələrə görə, Azərbaycanda beynəlxalq turizm tələbinin formalaşmasında qeyri-iqtisadi amillər (keçmiş təəssüratlar, əhalinin artımı, infrastruktur və institutsional vəziyyət) çox böyük rol oynayır. Bundan fərqli olaraq isə ticarət dövriyyəsi, qiymətlərin ümumi səviyyəsi və gəlirlər kimi iqtisadi amillər turizm tələbinin formalaşmasında ya çox az rol oynayır, ya da heç rol oynamırlar. İqtisadi amillərdən yalnız valyuta məzənnəsinin marinal təsiri aşkar edilib. Qiymətləndirmə nəticəsində əldə edilən ən mühim nəticələrdən biri odur ki, institusional göstəricilərin səviyyəsi Azərbaycan turizm sektorunun inkişafında əhəmiyyətli təsir əmsalına malikdir. Digər əldə edilən nəticələrə görə, Azərbaycan turizm sektoruna yatırılan investisiyaların səmərəliliyi aşağıdır. Bu isə ölkənin turizm sektorunun rəqabətqabiliyyətlinə mənfi təsir göstərir.
Item Type: | MPRA Paper |
---|---|
Original Title: | Turizmin dinamikası və determinantları: Azərbaycan və dünya təcrübəsi |
English Title: | Dynamics and determinants of Tourism: the world experience and Azerbaijan |
Language: | Azerbaijani |
Keywords: | Azərbaycanda turizm, panel zaman sıraları, beynəlxalq turizm axınları |
Subjects: | C - Mathematical and Quantitative Methods > C2 - Single Equation Models ; Single Variables > C23 - Panel Data Models ; Spatio-temporal Models L - Industrial Organization > L8 - Industry Studies: Services > L83 - Sports ; Gambling ; Restaurants ; Recreation ; Tourism |
Item ID: | 77444 |
Depositing User: | Fuad Mammadov |
Date Deposited: | 13 Mar 2017 15:04 |
Last Modified: | 28 Sep 2019 11:45 |
References: | “Aktual” Elmi-Sosioloji Araşdırmalar Mərkəzi (2012, İyul). “Azərbaycanda istirahət imkanları” mövzusunda keçirilmiş sosioloji sorğunun Hesabatı. “Ölkə sərhədini keçən Azərbaycan və xarici ölkə vətəndaşları üzrə Statistika müayinəsinin nəticələri” (2011) Statistik məcmuə. ARDSK, 2012 Bakı. Azərbaycan-Türkiyə İş Adamları Birliyi (2010), “Azərbaycan Turizm Sektoru: İmkanlar, Problemlər Və Perspektivlər”, Yekun Hesabat. Business Insight International Research GROUP (2011, Aprel ). “ Xarici Vətəndaşların Azərbaycan barədə Təəsüratları” barədə Araşdırma Layihəsinin Hesabatı. Business Insight International Research GROUP (2011, sentyabr). “Yay tətilini keçirmək üçün Azərbaycanda yerli əhalinin turizm vərdişləri”nə dair Layihənin Hesabatı. Business Insight International Research GROUP (2012, mart). “Turizm üzrə ITB Beynəlxalq Berlin Sərgisi”ndə Azərbaycan Haqqında Təəssüratların Öyrənilməsi Üzrə Araşdırma Layihəsinin Hesabatı. Center for Economic and Social Development, Policy Report on Tourism Sector in Azerbaijan, July 2011, Baku. Hall, C. Michael, and O’Sullivan, Vanessa (1996). Tourism, political instability and violence. In Tourism, crime and international security issues, edited by Abraham Pizam and Yoel Mansfeld, 105-21. New York: John Wiley. Hanafiah, Mohd, H.M. and Harun, Mohd, F.M. (2010). “Tourism Demand in Malaysia: A cross-sectional pool time-series analysis”, International Journal of Trade, Economics and Finance, Vol. 1, No.1. Hsiao and Cheng, (2003). Analysis of Panel Data, Cambridge University Press. Hui-Cheng Wang, Nai-Hua Chen, Tsorng-Chyi Hwang (2008). “Tourism demand and Exchange Rate in ASEAN countries: New evidence from Copulos Approach. 3td İnternational conference on Convergence and Hibrid İnformation Technology. Hüseynov, İ. və Əfəndiyeva N. (2007). Turizmin Əsasları. Dərslik. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Karagöz, Kadir (2008). Türkiye’nin Turizm Potansiyeli: Çekim Modeli Yaklaşımı Anatolia: Turizm Araştırmaları Dergisi, Cilt 19, Sayı 2 Lim, C. (1997), Review of international tourism demand models, Annals of Tourism Research, 24(4), 835-849. Lim, C. (2004). The major determinants of Korean outbound travel to Australia. Mathematics and Computers in Simulation, 64, 477-485. Mansfeld,Yoel. (1996). Wars, tourism and the “Middle East” factor. In Tourism, crime and international security issues, edited by Abraham Pizam and Yoel Mansfeld, 265-78. New York: John Wiley. Murdoch, James C., and Todd Sandler. 2002. Economic growth, civilwars, and spatial spillovers. Journal of Conflict Resolution 46:91-110. Report of the World Tourism Organization to the United Nations Secretary-General in preparation for the High Level Meeting on the Mid-Term Comprehensive Global Review of the Programme of Action for the Least Developed Countries for the Decade 2001-2010, World Tourism Organization. Samadova İ. (2011, September). Current State of Tourism Sector in Azerbaijan and its Development Possibilities, World Bank, Baku Office. Teresa, G. and Amaral, T.P. (2000). “An econometric model for international tourism flows to Spain”. Applied Economics Letters. UNWTO (2004). “Tourism and Poverty Alleviation: recommendations for action”. World Travel & Tourism Council (2011), Travel & Tourism 2011. World Travel & Tourism Council (2012), Travel & Tourism Economic Impact 2012, World. World Travel & Tourism Council (2012), Travel & Tourism Economic Impact 2012, Azerbaijan. М. А. Беднова, Т. А. Ратникова (2010). Эконометрический анализ спроса на въездной туризм в России. |
URI: | https://mpra.ub.uni-muenchen.de/id/eprint/77444 |